ABŞ Suriyada İŞİD lideri Xalid Aydd Əhməd əl-Cəburini məhv edib

11:40 4 Aprel 2023

ABŞ-dan verilən açıqlamada terror təşkilatı DAEŞ lideri Xalid Aydd Əhməd əl-Cəburinin Suriyada keçirilən əməliyyatda öldürüldüyü bildirilib.

Sitat.info xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İŞİD lideri Xalid Aydd Əhməd əl-Cəburinin dünən Suriyada keçirilən hərbi əməliyyatda öldürüldüyünü açıqlayıb. Əməliyyat zamanı ölən və yaralanan mülki vətəndaş olmadığı qeyd edilərək, təşkilatın bölgə və ətraf ərazilərdə təhlükə yaratmağa davam etdiyi bildirilib.

Açıqlamada təşkilatın zəif gücünə baxmayaraq bölgədəki fəaliyyətini davam etdirdiyi, lakin DEAŞ liderinin ölümünün xarici hücum planlarını müvəqqəti olaraq pozacağı bildirilib. Bildirilib ki, Xalid Aydd Əhməd əl-Cəburi Avropada DEAŞ hücumlarının planlaşdırılmasından məsul olub və təşkilatın rəhbərlik strukturunu qurub.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının fevral ayında dərc etdiyi hesabata görə, Suriya və İraqda DEAŞ-ın 5000-7000 üzvü və tərəfdarı olduğu təxmin edilir ki, onların da təxminən yarısı silahlıdır.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti