Moskvada Suriya ilə bağlı görüş başlayıb

11:45 4 Aprel 2023

Moskvada Türkiyə, Rusiya, Bəşər Əsəd rejimi və İranın xarici işlər nazirlərinin müavinləri səviyyəsində Suriya ilə bağlı görüş başlayıb.

Sitat.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyində nazir Sergey Lavrovun açılış nitqi ilə çıxış etdiyi iclasda Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq edir.

Rusiyanı təmsil edən prezident Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İranı təmsil edən xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı və Əsəd rejimini təmsil edən xarici işlər nazirinin müavini Eymen Susan iştirak edir.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Moskva danışıqları 4 ölkənin xarici işlər nazirləri arasında arzu olunan görüş üçün zəmin araşdırması olacaq.

Tərəflər nazirlərin hansı gündəliyi görüşə biləcəyi və hansı əməkdaşlıq sahələrini nəzərdən keçirə biləcəkləri barədə fikir mübadiləsi aparacaqlar.

Görüş mətbuata qapalı davam edir.

Məğrur

Sitat.info



Xəbər xətti