Somalinin paytaxtı Moqadişuda Afrika İttifaqının Somali Keçid Missiyası qüvvələrinin karvanına edilən bombalı hücumda 3 dinc sakin həlak olub.
Sitat.info xəbər verir ki, Somalili polis məmuru Osman Əhməd Moqadişuda Afrika İttifaqı Somali Keçid Missiyası (ATMIS) qüvvələrinin karvanını hədəf alan bombalı hücumun həyata keçirildiyini ifadə edib. O, 3 mülki vətəndaşın həyatını itirdiyini açıqlayıb.
Əhməd bildirib: "Hücum KM4 və KM5-in qovşağında baş verdi. Hücumun yola yaxın yerləşdirilən minanın partlaması zamanı baş verdiyini təxmin edirik".
Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməsə də, ölənlərin sayının arta biləcəyindən ehtiyatlanır.
Məğrur
Sitat.info