Avstraliya təhlükəsizlik baxımından Çin sosial media platforması TikTok-un federal hökumət cihazlarında istifadəsini qadağan edən "Beş Göz" kimi tanınan elektron kəşfiyyat alyansının sonuncu üzvü olub.
Sitat.info xəbər verir ki, qərar “Beş Göz” üzvləri olan ABŞ, Kanada, İngiltərə və Yeni Zelandiyanın qadağalarla bağlı oxşar addımlar atmasından sonra verilib.
Baş prokuror Mark Dreyfus verdiyi açıqlamada, kəşfiyyat və təhlükəsizlik agentliklərinin məsləhəti əsasında bu qadağanın "mümkün qədər tez" qüvvəyə minəcəyini bildirib.
Qeyd edək ki, ilk dəfə 1946-cı ildə ABŞ və İngiltərə arasında imzalanan; Kanada, Avstraliya və Yeni Zelandiyanın iştirakı ilə genişlənən UKUSA kimi tanınan “elektron kəşfiyyat” alyansı “Beş Göz” adlanır.
Məğrur
Sitat.info