Rusiya Finlandiyanı hədələdi - NATO-ya görə

15:34 4 Aprel 2023

"Finlandiyanın NATO-ya daxil olması Rusiya Federasiyasını öz təhlükəsizliyini təmin etmək üçün əks tədbirlər görməyə məcbur edir". 

Sitat.info TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. 

"Rusiya Federasiyası Finlandiya ərazisində NATO infrastrukturunun və silahlarının yerləşdirilməsinə ciddi nəzarət edəcək. Finlandiyanın NATO-ya daxil olması vəziyyətin gərginləşməsidir, bu, Rusiyanın təhlükəsizliyinə qəsddir. Hərbçilərimiz NATO-nun Finlandiyadakı hərəkətlərinə reaksiya barədə dərhal məlumat verəcək", - deyə o bildirib. 

Peskov Rusiya prezidentinin görüşü barədə də məlumat verib: "Putin ötən həftə Moskvada Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə müşavirini qəbul edib". 



Xəbər xətti