Dünya bazarlarında buğda qıtlığı yarana bilər

19:54 4 Aprel 2023

Kanadada son 45 ildə ilin ən quraq başlanğıcı məhsulun azalmasına səbəb ola və dünya bazarlarında buğda qıtlığı təhlükəsi yarada bilər.

Mütəxəssislər Kanadanın əsas kənd təsərrüfatı bölgələrində minimum yağıntı düşdüyünü bildirirlər.

1 sentyabr 2022-ci il tarixindən etibarən Saskaçevan, ona qonşu Alberta və Manitoba əyalətlərinə orta yağıntının 60%-dən azı yağıb. Bu məlumatı ölkənin bir sıra kənd təsərrüfatı ərazilərində “ciddi quraqlıq” barədə məlumat verən Kanada hökuməti də təsdiqləyir.

 

Dünyanın əsas buğda ixracatçılarından olan Kanada 2021-ci ildə 26 milyon ton taxıl ixrac edərək, Rusiya və ABŞ-dən sonra qərarlaşıb.

Mənbə: Bloomberg



Xəbər xətti