Premyer Liqa matçında hakimi itələyən futbolçuya 8 oyunluq cəza verilib

20:28 4 Aprel 2023

İngiltərənin "Fulhem" komandasının futbolçusu Aleksandar Mitroviç cəzalanıb.

Sitat.info xəbər verir ki, buna serbiyalı hücumçunun İngiltərə Kubokunun 1/4 final mərhələsində "Mançester Yunayted"ə 1:3 hesabı ilə uduzduqları səfər oyunundakı davranışı səbəb olub.

Matçın referisi Kris Kavananın qərarlarından narazı qaldığı üçün onu itələyən 29 yaşlı forvarda 8 oyunluq cəza verilib.

Qonaqların baş məşqçisi Marko Silva isə qarşıdakı 2 görüşdə texniki zonada yer almayacaq.



Xəbər xətti