Kremldən “Finlandiya” bəyanatı

23:41 4 Aprel 2023

Kremlin sözçüsü Dmitriy Peskov Finlandiyanın bu gün NATO-ya rəsmi qəbulu ilə bağlı deyib: "NATO-nun genişlənməsi bizim təhlükəsizliyimizə və Rusiyanın milli maraqlarına hücumdur. Bu, bizi təhlükəsizliyimizi təmin etmək üçün taktiki və strateji əks tədbirlər görməyə məcbur edir".

Sitat.info xəbər verir ki, Rusiya Finlandiyanın rəsmi NATO üzvlüyünə bu gün Brüsseldə keçirilən mərasimlə reaksiya verib. Kremlin sözçüsü Dmitriy Peskov üzvlük qərarının Finlandiya ilə ikitərəfli münasibətlərə xələl gətirməyəcəyini bildirib. NATO-nun Finlandiya deyil, Rusiya üçün təhdid olduğunu vurğulayan Peskov bildirib: "Alyans (NATO) düşmən bir quruluşdur və Rusiya Federasiyasının düşmənidir".

"NATO-nun genişlənməsi bizim təhlükəsizliyimizə və Rusiyanın milli maraqlarına hücumdur. Biz bunu belə qəbul edirik və bu, bizi təhlükəsizliyimizi təmin etmək üçün taktiki və strateji əks tədbirlər görməyə məcbur edir", - Peskov bildirib.

Ukraynanın NATO-ya üzv olması ehtimalı ilə bağlı Peskov deyib: "Əsasən, Finlandiyanın vəziyyəti Ukraynadan çox fərqlidir. Finlandiya heç vaxt anti-Rusiya olmayıb və Finlandiya ilə heç vaxt münaqişəmiz olmayıb. Ukraynanın vəziyyəti tamamilə əksinədir. xüsusi hərbi əməliyyatlarla hədəflərə çatmaq lazımdır”.

Məğrur

Sitat.info



Xəbər xətti