ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək rütbəli rəsmisi bildirib ki, Ukraynanın şərqində Rusiya və Ukrayna arasında çoxlu qarşılıqlı artilleriya var, lakin tərəflər heç bir irəliləyişə nail ola bilməyiblər.
Sitat.info xəbər verir ki, ABŞ rəhbərliyinin Ukraynaya 2 milyard 600 milyon dollarlıq əlavə hərbi yardım edəcəyini açıqlamasından sonra bir qrup jurnalisti məlumatlandıran Pentaqon yüksək rütbəli rəsmisi bildirib: “Müharibə mühüm mərhələdədir. Şərqdə (Ukrayna) qarşıdurmalar davam edir, lakin son vaxtlar ərazi nəzarətində ciddi dəyişiklik baş verməyib. Əhəmiyyətli miqdarda artilleriya atəşinin olduğu və hər iki tərəfin manevr qazancının olmadığı cəbhələrdə vəziyyət nisbətən sabitdir".
Rusiyanın müharibədə ağır əsgər itkiləri verməyə davam etdiyini iddia edən Pentaqon rəsmisi, Rusiyanın dəstəklədiyi Vaqner Qrupunun "sadəcə ətçəkən maşına atıldığını" və Ukrayna ordusunun qurduğu müdafiə xəttinə görə rus əsgərlərinin hərəkət edə bilməyəcəyini söyləyib.
Qurum rəsmisi meydanda dinamikanı dəyişmək üçün ukraynalılara dəstək verdiklərini bildirib.
Ukraynanın tədricən hava hücumundan müdafiə qabiliyyətinə sahib olması üçün çalışmalarına davam etdiklərini izah edən yüksək rütbəli məmur bu ölkəyə sursat tədarükünü davam etdirəcəklərini qeyd edib.
Rəsmi bəyan edib ki, ABŞ müharibə başlayandan bəri 4000 Ukrayna əsgərinə "Bradley" zirehli piyada döyüş maşınları və "Stryker" zirehli maşınları üçün təlim keçib.
ABŞ mənşəli silah və texnikanın istifadəsi üçün indiyə qədər yetişdirdikləri Ukrayna əsgərlərinin sayının 7 mini keçdiyi barədə məlumatı paylaşan rəsmi, yaxın vaxtlarda "Abrams" tankları üçün təlimlərə başlayacaqlarına diqqət çəkib.
Məğrur
Sitat.info