Ukrayna prezidenti Vladimir Zelenski iyulda keçiriləcək NATO sammitinə dəvət olunub.
Sitat.info xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq NATO-Ukrayna Komissiyasının Brüsseldə keçirilən iclasından sonra bildirib.
Bildirək ki, növbəti sammit iyulun 11-də Vilnüsdə keçiriləcək.
"Güclü müstəqil Ukrayna Avro-Atlantik regionun sabitliyi üçün həyati əhəmiyyət kəsb edir və biz iyulda Vilnüsdə keçiriləcək sammitimizdə prezident Zelenski ilə görüşməyi səbirsizliklə gözləyirik", - Soltenberq deyib.
Əli,
Sitat.info