Çinin Ukraynada nizamlanma planı mütləq nəzərə alınmalıdır, bu, Avropaya sülh gətirə bilər.
Sitat.info xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.
"Buna görə təzyiqlərə və hücumlara baxmayaraq, sülh çağırışımızı dayandırmayacağıq. Biz sülhün tərəfində olmağa davam edəcəyik. Və uzunmüddətli sabitliyi təmin edən davamlı sülh üçün konkret danışıqlara başlamaq üçün bütün səyləri dəstəkləyirik. Biz Çin sülh planını mütləq müzakirəyə dəyər, regionumuza, Mərkəzi Avropaya bir daha sülh gətirə biləcək belə bir təşəbbüs hesab edirik", - Siyarto söyləyib.
Qeyd edək ki, Pekin 12 bəndlik sülh təklifi ilə çıxış edib.