Misir İsrailin Əl-Əqsa məscidinə hücumunu pisləyib

10:35 5 Aprel 2023

Misir İsrail polisinin işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqını pisləyərək reaksiya verib.

Sitat.info xəbər verir ki, Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilib: "Misir Ərəb Respublikası İsrail polisinin Məscidül-Əqsaya həyata keçirdiyi aralarında qadınların, ibadət edənlərin yaralanması ilə nəticələnən hücumu ən sərt şəkildə qınadı".

Sözügedən hücumla beynəlxalq qanunların və ənənələrin pozulduğu bildirilən açıqlamada İsrail rəsmilərindən hücumların dərhal dayandırılması tələb edilib.

Hücumların sona çatması üçün beynəlxalq ictimaiyyətin lazımi məsuliyyəti öz üzərinə götürməsi lazım olduğu qeyd edilən bəyanatda, Misirin bölgədə atəşkəsə nail olmaq səylərini baltalayan sözügedən gərginliyə görə İsrailin məsuliyyət daşıdığı bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, İsrailin müqəddəs yerlərin şəxsi həyatını pozan hücumları Fələstin xalqı və bütün müsəlmanlar arasında qəzəb hissini artırıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti