Polis Avropa İttifaqının ən böyük partiyasına basqın edib

10:42 5 Aprel 2023

Polis sağ mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahına basqın edib.

Sitat.info xəbər verir ki, Almaniyada davam edən korrupsiya istintaqı çərçivəsində Belçika və Almaniya polisinin Avropa Xalq Partiyasının (AXP) Brüsseldəki qərargahına basqın etdiyi açıqlanıb.

Açıqlamada deyilir ki, bu çağırış “Almaniya Türingiya şəhərində davam edən bir təhqiqatla bağlantılıdır”.

“Partiya bütün müvafiq məlumat və sənədləri təqdim etməklə, aidiyyəti orqanlarla tam şəffaf şəkildə əməkdaşlıq edir”, - məlumatda deyilir.

Partiya bildirib ki, polisin səfəri “davam edən məhkəmə araşdırması” ilə bağlı olduğundan əlavə şərh verməyəcək.

Euractiv xəbər saytı, basqın zamanı kompüterlərin ələ keçirildiyini, istintaqın Türingiyadakı CDU siyasi partiyasının lideri Mario Voigt-a yönəldiyini bildirib.

Alman mediasının məlumatına görə, Voigt 2019-cu ildə AXP-nin rəqəmsal seçki kampaniyasını idarə etmək üçün işə götürülüb və rüşvət müqabilində bir iş üçün Türingiyadakı bir internet firması ilə müqavilə bağladığı iddia edilir.

Qeyd edək ki, 1976-cı ildə yaradılan AXP Almaniyanın CDU, Fransanın Respublikaçılar və İrlandiyanın Fine Gael partiyası da daxil olmaqla, Aİ daxilində sağ mərkəzçi və xristian-demokrat partiyaların transmilli koalisiyasıdır.



Xəbər xətti