Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin katibi Hüseyn əl-Şeyx İsrailin işğal olunmuş Şərqi Qüdsdəki Məscidül-Əqsaya basqınlarının dayandırılması üçün regional və beynəlxalq çərçivədə hərəkətə keçməyə çağırıb.
Sitat.info xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin katibi Hüseyn əl-Şeyx verdiyi yazılı açıqlamada, Fələstin Administrasiyasının ərəb ölkələri və dünyanın digər ölkələri ilə intensiv telefon diplomatiyası apardığını bildirib.
“İsrail qüvvələrinin Məscidül-Əqsaya keçirdiyi reyd və namaz qılanlara qarşı amansız hücumlar regional və beynəlxalq çərçivədə təcili tədbirlər görülməsini tələb edir”, - bəyanatda bildirilir.
Şeyx müqəddəs yerləri və ibadət edənləri İsraildən qorumaq üçün hər kəsin məsuliyyət daşımalı olduğunu vurğulayıb.
Məğrur
Sitat.info