ABŞ prezidenti Co Bayden texnologiya şirkətlərinin süni intellektin yarada biləcəyi təhlükələrə görə məsuliyyət daşımalı olduğunu və Konqresin bu çərçivədə addımlar atması lazım olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Bayden Ağ Evdə Prezidentin Elm və Texnologiya Məsləhətçiləri Şurası (PCAST) ilə görüşüb.
Süni intellektin təqdim etdiyi imkanları və riskləri qiymətləndirmək üçün bir araya gəldiklərini ifadə edən Bayden, süni intellektin xəstəliklər və iqlim dəyişikliyi kimi problemlərin öhdəsindən gəlməyə kömək edə biləcəyini, eyni zamanda iqtisadiyyat və milli təhlükəsizlik üçün potensial riskləri ehtiva edə biləcəyini qeyd edib.
Texnologiya şirkətlərinin məhsullarını ictimaiyyətə təqdim etməzdən əvvəl təhlükəsiz olduğundan əmin olmaqdan məsul olduğunu düşündüyünü deyən Bayden bildirib: "Sosial media bizə güclü texnologiyaların lazımi tədbirlər olmadan edə biləcəyi zərəri göstərdi".
Seymur Bənnayev
Sitat.info