Rusiya Ukrayna müharibəsi ilə NATO-nun təsirini azaltmaq istəsə də, bunun əksi baş verdi. Rusiyanı təhlükəsizliyə təhdid kimi görən keçmiş neytral Finlandiya dünən rəsmi olaraq alyansa qoşulub.
Sitat.info xəbər verir ki, bu gün Finlandiya bayrağı NATO-nun Brüsseldəki mənzil-qərargahı qarşısında mərasimlə qaldırılıb.
Rusiyanın Ukraynaya hücumlarını davam etdirdiyi, Avropanın təhlükəsizliyini təhdid etdiyi və hər fürsətdə sərhədlərində daha az NATO görmək istədiyi mesajını verdiyi bir şəraitdə Finlandiya Alyansın 31-ci üzvü oldu. Neytrallıq dedikdə ilk ağıla gələn Finlandiyanın üzvlüyünün NATO-nun 74-cü ildönümünə təsadüf etməsi də tarixi hesab edilən bu inkişafın simvolik əhəmiyyətini artırıb.
Məğrur
Sitat.info