Ruslar Donetskə hücum etdi - Ölü və yaralılar var

14:33 5 Aprel 2023

Rusiya ordusu bu gün Ukraynanın Donetsk vilayətinin Bolşaya Novoselka kəndini atəşə tutub.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak teleqramda yazıb.

O bildirib ki, hücum tanklarla həyata keçirilib.

A.Yermakın sözlərinə görə, hücum nəticəsində 1 mülki şəxs ölüb, 2-si yaralanıb./Bakivaxti.az



Xəbər xətti