ABŞ “USS George H. V. Bush” aviadaşıyıcısının qrafikində dəyişiklik edərək onu Suriya sahillərinə yaxınlaşdırıb.
Sitat.info xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.
“SEPAH-la əlaqəli qrupların Suriyadakı qoşunlarımıza qarşı hücumlarının artdığını müşahidə etdik. Belə ki, ehtiyat tədbiri olaraq aviadaşıyıcını bir az da yaxınlaşdırdıq, lakin o, hələ də Avropa Komandanlığının nəzarətindədir. Amma bu, təbii ki, regionda hərbçilərimizə qarşı hücumların sayının artdığını gördüyümüz üçün edilib”, - Sinq bildirib./Axar.az