Polşada təmasda olan Ukrayna prezidenti Volodimir Zelenski münaqişədə ən çətin vəziyyətin Baxmutda olduğunu və silah dəstəyinə ehtiyac olduğunu deyib.
Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski danışıqlar aparmaq üçün Polşanın paytaxtı Varşavaya gəlib.
Zelenski Polşa prezidenti Anjey Duda tərəfindən Prezident sarayında rəsmi mərasimlə qarşılanıb. Zelenskiyə iki ölkə arasında münasibətlərin dərinləşməsinə verdiyi töhfələrə, təhlükəsizlik sahəsində fəaliyyətinə və insan hüquqlarının müdafiəsi əzminə görə prezident Anjey Duda tərəfindən ölkənin ən yüksək mükafatı olan Ağ Qartal ordeni (Bialeqo Orla ordeni) təqdim edilib. Duda və Zelenskinin təkbətək görüşündən sonra nümayəndə heyətləri arasında görüş başlayıb. Danışıqlar zamanı təhlükəsizlik, iqtisadi əməkdaşlıq, iki ölkənin ortaq keçmişi ilə bağlı tarixi problemlər, o cümlədən Ukraynanın Polşadan hərbi texnika alması, Polşa şirkətlərinin Ukraynanın yenidən qurulmasına cəlb edilməsi, Ukrayna taxılının Afrikaya ixracı müzakirə edilib.
Məğrur
Sitat.info