Kilsə hücumunda həlak olanların ailələrinə 144 milyon ABŞ dolları təzminat ödəniləcəl

22:23 5 Aprel 2023

ABŞ Ədliyyə Nazirliyi 2017-ci ildə Texas kilsəsində baş verən atışmalarda həlak olan 26 nəfərin ailələrinə 144 milyon dollardan çox təzminat ödəməyə şərti razılıq verib.

Sitat.info xəbər verir ki, Ədliyyə Nazirliyi Baş prokurorunun müavini Vanita Qupta 2017-ci ildə kilsəyə hücumda ölən 26 nəfərin ailəsi ilə nazirlik arasında əldə olunan razılaşma ilə bağlı yazılı açıqlama verib.

Gupta federal hökumətin qurbanların ailələrinə 144 milyon dollar ödəyəcəyini bildirib və əlavə edib ki: "heç bir söz və ya pul Sazerlend Sprinqsdəki kütləvi atışmanın dəhşətli faciəsini azalda bilməz".

Baş prokurorun müavini Qupta bildirib ki, sövdələşmə məhkəmənin təsdiqinə tabedir.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş üzvü Devin Patrick Kelley 2017-ci il noyabrın 5-də Texas ştatının Sazerlend Sprinqs şəhərindəki Baptist kilsəsinə silahlı hücum etmiş, nəticədə 26 nəfər ölüb, 20 nəfər yaralanmışdı.

Hücumda ölənlərin ailələrinə laqeyd qalınması səbəbiylə federal hökumətə qarşı iddia qaldırılmışdı.

2021-ci il iyulun 7-də San Antonio federal dairə məhkəməsində baxılan işdə hakim hücuma görə ABŞ Hərbi Hava Qüvvələrinin 60 faiz məsuliyyət daşıdığına qərar vermişdi.

Qərarda Kellinin 2014-cü ildə məişət zorakılığı səbəbiylə 5 il işlədiyi ABŞ Hərbi Hava Qüvvələrindən qovulduqdan sonra silah almasına mane ola biləcək hadisənin federal məlumat bazasına daxil edilməməsi "uğursuzluq" faktı olaraq açıqlanmışdı.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti