Kobra ilanına görə təyyarə təcili eniş edib

09:54 6 Aprel 2023

Cənubi Afrikalı pilot iki metrlik ölümcül kobranın keçib oturacağının altında qıvrıldığını görüb təcili eniş etmək məcburiyyətində qalıb.

Pilot Rudolf Erasmus ayağında "soyuqluq" hiss etdiyini deyərkən o, şəxsi təyyarədə 4 sərnişinlə 11.000 fut yüksəklikdə uçurdu.

Su şüşəsinin sızmış ola biləcəyini düşünən Erasmus bunun əvəzinə oturacağın altında zəhərli ilan görüb.

Yerli xəbər agentliyi Lowvelder-ə danışan pilot bildirib: "İlanın çaxnaşma yarada biləcəyindən narahat idim, ona görə də bir dəqiqə gözlədim. Sonra oturacağımın altında ilan olduğunu, ona görə təcili eniş edəcəyimizi söylədim. Xoşbəxtlikdən hamı sakit qaldı”.

Cape kobra dişləməsi ölümcül ola bilər.

Sakit sayılsa da, Cape Afrikanın ən təhlükəli kobralarından biri hesab olunur.

Təyyarə problemsiz eniş edib.

Seymur Bənnayev

Sitat.info

 



Xəbər xətti