Braziliyada qəbiristanlıqda diri-diri basdırılan qadın 10 saatdan çox məzardan xilas edilib.
Minas Gerais ştatının cənub-şərqindəki Viskonde do Rio Branko bələdiyyə qəbiristanlığında 36 yaşlı qadının diri-diri basdırıldığı məlum olduqdan sonra iki kişi həbs edilib.
Xəstəxana işçiləri bildiriblər ki, qurban hazırda reanimasiyadadır və barmağının kəsilməsinə ehtiyac ola bilər.
Polis bildirib ki, 4 uşaq anası martın 28-də döyülərək evindən sürüklənib, sonra isə məzarlığa buraxılıb.
Qəbirqazanlar qəbrin yanında təzə sement və qan görənə qədər qurban yerin altında 10 saat sağ qalıb.
Qəbirqazanlar qadının köməyə çağıran səsini eşidəndə dərhal polisə müraciət ediblər.
Polis rəisi Dieqo Kandian deyib ki, adları açıqlanmayan müttəhimlər qadının cəsədini qəbiristanlıqda qoyduqdan sonra qaçmağı planlaşdırıblar.
20 və 22 yaşlı kişilər əvvəllər silah və narkotik ticarəti ittihamı ilə həbs olunublar.
Onlar 30 günə qədər istintaq təcridxanasında saxlanılacaq.
Polis cinayətdə üçüncü şübhəlinin axtarıldığını bildirib.
Seymur Bənnayev
Sitat.info