NATO-ya qarşı lazımi tədbirlər görülür - Kreml

16:08 6 Aprel 2023

Kremlin sözçüsü Dmitri Peskov NATO-nun Rusiya sərhədlərinə doğru genişləndiyini bildirib.

Sitat.info-nun məlumatına görə, Peskov, məsələ ilə bağlı bunları deyib:

"NATO Rusiya sərhədlərinə doğru genişlənir. Hərbi infrastrukturu ilə NATO sərhədlərinə yaxınlaşan Rusiya deyil. Bu hərəkət bizdə təhlükəsizliyimizlə bağlı narahatlıq yaradır. NATO hər dəfə sərhədlərimizə yaxınlaşanda biz təhlükəsizliyimizi təmin etmək üçün lazımi tədbirlər görürük".



Xəbər xətti