Yaponiya hökuməti ölkənin cənub-qərbində hərbi helikopterin radarlardan itdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Okinava əyalətinin cənub-qərbindəki Miyakojima adasının 18 kilometr cənub-qərbində yerli vaxtla saat 16:30 radələrində Quru Özünümüdafiə Qüvvələrinə (GSDF) aid hərbi helikopter radarlardan itib.
GSDF-nin Kumamoto əyalətindəki Takayubaru hərbi bazasına məxsus UH-60JA tipli çoxməqsədli helikopterdə 2 pilot, 2 texniki və 6 şəxsi heyət olub.
Özünümüdafiə Qüvvələri (SDF) və Yaponiya Sahil Mühafizəsi helikopterin axtarış-xilasetmə işlərini davam etdirir.
Nərgiz,
Sitat.info