Almaniyada bir çox ştatlarda dövlət qurumlarının rəsmi saytlarına kiberhücum edilib.
Sitat.info xəbər verir ki, Almaniyanın Birinci Televiziya Kanalı ARD-ın xəbərinə görə, hakerlər tərəfindən həyata keçirilən hücumlar səbəbindən Şlezviq-Hosteyn əyalətinin rəsmi internet saytına müvəqqəti olaraq daxil olmaq mümkün olmayıb.
Xəbərdə Brandenburq əyalətində polis qüvvələrinin internet saytında nasazlıqların olduğu, əyalətin Daxili İşlər Nazirliyinin və Türingiya polis qüvvələrinin internet saytlarının haker hücumuna məruz qaldığı bildirilib.
Berlində hücumlar səbəbiylə əyalət administrasiyasının internet saytlarına girişin uzun sürdüyü, Saarland əyalət hökumətinin rəsmi səhifəsinə isə bir müddət çatmaq mümkün olmadığı açıqlanıb.
Qeyd edək ki, dünən Meklenburq-Vopommern, Aşağı Saksoniya və Saksoniya-Anhalt ştatlarında nazirliklərin və polislərin internet saytlarına kiberhücumlar həyata keçirilmişdi.
Seymur Bənnayev
Sitat.info