Yaponiya NATO nəzdində daimi nümayəndəlik açır

19:35 6 Aprel 2023

NATO-nun baş katibi Yens Stoltenberq Alyansın tərəfdaşlarından biri olan Yaponiyanın NATO-da diplomatik nümayəndəlik açmaq qərarına gəldiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Stoltenberq və Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa, NATO Xarici İşlər Nazirləri Toplantısının ilk gün iclaslarından sonra birgə mətbuata bəyanatla çıxış ediblər.

Yaponiyanın Rusiyanın Ukraynadakı müharibəsini pislədiyini və NATO-nun Ukraynaya yardım paketinə verdiyi maliyyə dəstəyini alqışladığını ifadə edən Stoltenberq: "Hind-Sakit okean, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və Avstraliyadakı tərəfdaşlarımızla əməkdaşlığımızı indi sürətləndiririk", - deyib.

Stoltenberq Yaponiyanın NATO-da xüsusi diplomatik nümayəndəlik açmaq qərarını da yüksək qiymətləndirib.

Yaponiya naziri Hayaşi vurğulayıb ki, status-kvonun güc yolu ilə dəyişdirilməsi ilə yanaşı, hətta nüvə silahından istifadə və bununla bağlı müzakirələr də qəbuledilməzdir.

Məğrur

Sitat.info



Xəbər xətti