Almaniyanın Hamburq şəhərində iqlim fəallarının əllərini asfalta yapışdırması nəticəsində nəqliyyatın hərəkəti dayanıb.
Sitat.info xəbər verir ki, Almaniyanın Hamburq şəhərində 3 həftədir etiraz aksiyası keçirən İqlim Aktivistləri Elbe tunelinin girişi (Elbtünnel) və Elbe körpüsünün (Elbbrücken) çıxışı olmaqla iki fərqli nöqtədə aksiya keçirib.
Maşınlardan düşərək yola əyləşən etirazçılar əllərində pankartlarla şüarlar səsləndiriblər. İqlim fəalları əllərini asfalta yapışdırdıqdan sonra tunel və körpü nəqliyyat üçün bağlanıb, şəhər mərkəzinə qədər 30 kilometrlik tıxac yaranıb.
Hadisə yerinə çoxlu sayda polis qrupu, yanğınsöndürənlər və təcili yardım maşınları göndərilib.
Mütəxəssis polis qrupları özləri ilə gətirdikləri zeytun yağı, əl üçün təhlükəsiz həlledicilər və digər alətlərlə uzun müddət mübarizə apardıqdan sonra aktivistlərin əlindəki yapışqanı çıxarıb.
Polis etirazçıları saxlayıb.
Məğrur
Sitat.info