AK Partiya İsrailin Qəzzaya hücumlarına reaksiya verib.
Sitat.info xəbər verir ki, Partiya sözçüsü Ömər Çelik bildirib: "İsrail ordusunun Qəzza zolağına başlatdığı hücumu şiddətlə qınayırıq. İsrail rəhbərliyi gərginliyi artıran addımlar atmaqla günahsız insanların həyatını və bölgənin sülhünü təhdid edir".
Çelik: “Netanyahu administrasiyası zorakılığı artıran təhlükəli təcavüzlə məşğuldur... Beynəlxalq ictimaiyyət bütün regionu alovlandıran bu təhlükəli təcavüzə qarşı aydın mövqe nümayiş etdirməlidir”, - deyə qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin sədri Şentop bildirib: "İsrail döyüş təyyarələri hər Ramazanda olduğu kimi Qəzzanı yenidən bombalayır. İsrailin bu qeyri-insani və qanunsuz hücumunu şiddətlə qınayıram. Bəşəriyyətin zülmə qalib gələcəyinə olan qəti inancımızla, qazanan ədalətli və şərəfli Fələstin xalqıolacaqdır. Dualarımız və dəstəyimiz Qəzzalı qardaşlarımız üçündür".
Seymur Bənnayev
Sitat.info