ABŞ-ın texnologiya şirkəti Microsoft-un ABŞ-ın ixrac nəzarəti və sanksiyalarını pozduğu əsası ilə apardığı təhqiqatla kifayətlənəcəyi və ümumilikdə 3,3 milyon dollar cərimə ödəyəcəyi bildirilib.
Sitat.info xəbər verir ki, ABŞ Ticarət Departamentinin verdiyi açıqlamada, Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu (BIS) və ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Microsoft-u ABŞ-ın ixrac nəzarəti və sanksiya qanunlarının pozulmasına görə ümumilikdə 3,3 milyon dollar cərimələdiyi bildirilib.
Microsoft-un iddia edilən pozuntuları könüllü olaraq həm BIS-ə, həm də OFAC-a açıqladığı bildirilən açıqlamada, şirkətin BIS-in İxrac Mühafizə Ofisi və OFAC tərəfindən həyata keçirilən birgə araşdırmada əməkdaşlıq etdiyi qeyd edilib.
Açıqlamada Microsoftun Rusiyanın Ukraynadakı müharibəsi ilə əlaqədar ixrac nəzarəti və sanksiyalardan əvvəl davam edən vəziyyəti aşkar etdikdən sonra düzəliş tədbirləri gördüyü bildirilir.
Açıqlamada BIS-in Microsoft-a 624 min 13 dollar, OFAC-ın isə Ukrayna/Rusiya, Kuba, İran və Suriyanı əhatə edən 1339 sanksiya qaydalarını pozduğuna görə 2 milyon 980 min 266 dollar cərimə kəsdiyi bildirilib.
Seymur Bənnayev
Sitat.info