Fransada ölkə daxilində istifadə edilən içməli su şəbəkələrinin 2020-ci ildən bəri pestisidlərlə çirkləndiyi məlum olub.
Sitat.info xəbər verir ki, Fransada içməli suyun 2020-ci ildən qadağan olunmuş pestisidlərlə çirkləndiyi (çirklənməsi) müəyyən edilib.
Kənd Təsərrüfatı Nazirliyinin Milli Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (ANSES) hesabatına görə, Fransa daxilində içməli su şəbəkələrindən götürülmüş iki nümunədən ən azı birində əhəmiyyətli xlorotalonil qalıqları aşkar edilib.
"Syngenta" aqrokimya şirkəti tərəfindən satışa çıxarılan və kənd təsərrüfatında istifadə edilən dərman Fransada 2020-ci ildən qadağan edilsə də, aparılan araşdırmalarda içməli su şəbəkəsində əhəmiyyətli dərəcədə aşkar edilib.
Seymur Bənnayev
Sitat.info