Koronavirus, kripto pul, Donald Trampın ABŞ prezidenti olması kimi dünyada baş verən bir çox hadisə ilə bağlı əvvəlki məlumatı ilə diqqət çəkən Simpsons serialı yenidən gündəmdədir.
Sitat.info xəbər verir ki, dünyada baş verən bir çox hadisəni baş verməmişdən əvvəl bilən Simpsons serialının daha bir kəhanəti var. Onların ABŞ-ın keçmiş prezidenti Donald Trampın həbsindən də xəbəri var idi.
The Simpsons serialının 1994-cü ildə yayımlanan bir bölümü gündəmə gəldib. Lisa Simpsonun gənc qızları gücləndirən daha feminist bir oyuncaqla Barbie dizaynerlərini ifşa etməyə çalışdığı "Lisa Malibu vs Stacy" adlı epizoddakı o sözlər sosial mediada əsas mövzuya çevrilib.
Seymur Bənnayev
Sitat.info