Namaz qılan fələstinliləri döydülər!

11:30 7 Aprel 2023

İsrail qüvvələrinin işğalı altında olan Şərqi Qüdsdə Məscidül-Əqsada Ramazan ayı başlayandan bəri təqiblər davam edir. Məscidül-Əqsada namaz qılmaq istəyən fələstinlilərə gözyaşardıcı qazdan istifadə edən İsrail qüvvələri fanatik yəhudilərdən də istifadə edərək zorakılıqlarını artırır. Günlərdir davam edən zorakılıq dünən gecə də davam edib.

 Sitat.info xəbər verir ki, İsrail qüvvələrinin Məscidül-Əqsaya basqını zamanı Qiblə Məscidində fələstinlilərin zorakılığa müdaxilə edərək oradakıları döyməsinin görüntüləri beynəlxalq reaksiyaya səbəb olub. İsrail polisi Qiblə məscidinə gözyaşardıcı qaz, rezin örtüklü güllələr və dəyənəklərlə müdaxilə edərək müqəddəs ziyarətgahı döyüş bölgəsinə çevirib.

İsrail işgali altındaki Mescid-i Aksa’da zulüm bitmiyor! Namaz kılan Filistinlileri döverek çıkardılar!

Ramazan ayının əvvəlindən fələstinlilərə qarşı zülmü artıran İsrail qüvvələri dünən axşam saatlarında yenidən hücuma keçib. İşğal altında olan Şərqi Qüdsdə fanatik yəhudi mühacirlər İsrail polisinin himayəsi altında Məscidül-Əqsanın həyətinə daxil olublar. Onlarla fanatik yəhudi mühacirlər Şərqi Qüdsün Köhnə şəhərindəki Əl-Əqsa məscidinə basqın edib, İsrail qüvvələri isə fələstinlilərin məscidə girməsinə mane olub.

İsrail işgali altındaki Mescid-i Aksa’da zulüm bitmiyor! Namaz kılan Filistinlileri döverek çıkardılar!

İsrail qüvvələrinin iki gündür təravih namazından sonra Məscidül-Əqsaya basqınları və müqəddəs hərəmdə ibadət edənlərə qarşı zorakılıqları böyük əks-səda doğurub. İsrail qüvvələri reaksiyalara baxmayaraq, təəssübkeş yəhudi köçkünlərin Əqsaya girişini asanlaşdırmaq üçün dünən təravih namazından sonra burada namaz qılan müsəlmanları zorakılıqla qovub, sonra isə onların yenidən daxil olmasına icazə verməyib.

Məğrur

Sitat.info



Xəbər xətti