Müharibədən qaçan Suriyalı Almaniyada yüksək vəzifəyə təyin edilib

11:43 7 Aprel 2023

2015-ci ildə Suriyadakı vətəndaş müharibəsindən qaçaraq Almaniyaya gələn Ryyan Alshebl Baden-Vürtemberq əyalətinin Ostelhaym kəndinin meri seçilib.

Sitat.info xəbər verir ki, Baden-Vürtemberq əyalətinin Ostelsheim kəndində keçirilən seçkilərdə Alshebl 55,41 faiz səslə yeni bələdiyyə sədri olub.

Bildirilib ki, Yaşıllar partiyasının üzvü olan, lakin müstəqil namizəd kimi seçkilərə qatılan Alshebl iki müstəqil namizəd olan rəqiblərini geridə qoya bilib.

29 yaşlı Alshebl alman dilini tez öyrənib və artıq yeddi ildir ki, Ostelheim kəndi yaxınlığındakı Althengstett şəhərində işləyir.

Seçkilərdən bir neçə həftə əvvəl 200-dən çox evə baş çəkdiyini vurğulayan Alshebl: "Təcrübə əsasən müsbət oldu", - deyib.

Məğrur

Sitat.info



Xəbər xətti