Hamilə həyat yoldaşını vulkandan aşağı itələyərək öldürüb

12:02 7 Aprel 2023

Şotlandiyada hamilə arvadını sönmüş vulkandan itələyərək öldürməkdə təqsirli bilinən şəxs ömürlük həbs cəzasına məhkum edilib.

Sitat.info xəbər verir ki, 29 yaşlı Kashif Anwar 2021-ci ilin sentyabrında yürüş zamanı həyat yoldaşı 31 yaşlı Fawziyah Cavedi Edinburqdakı qədim vulkan olan "Arturs Seats"dən itələyərək öldürüb.

 Kashif Anwar həyat yoldaşının onunla toqquşaraq yıxıldığını iddia edib.

Edinburq Ali Məhkəməsində bir həftə davam edən məhkəmə prosesindən sonra münsiflər heyəti həmin şəxsin müdafiəsini qəbul etməyib.

İngiltərənin Lids şəhəri yaxınlığındakı şəhərdən olan Kashif Anwar ən azı 20 il olmaqla ömürlük həbs cəzasına məhkum edilib.

Məlum olub ki, Caved yıxıldıqdan dərhal sonra ölməyib və insanlara ərinin onu itələdiyini deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti