Livan-İsrail sərhədində fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələri İsrail və Livan arasındakı gərginliklə bağlı hər iki ölkənin müharibə istəmədiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Livan-İsrail sərhədində xidmət edən Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL), İsrailin Qəzzaya hava hücumları ilə eyni vaxtda Livan-İsrail sərhədində yaşanan gərginlikdən sonra yazılı açıqlama verib.
Bəyanatda fikirlərinə yer verilən UNIFIL komandiri Aroldo Lazaronun hər iki ölkənin rəsmiləri ilə keçirdiyi görüş nəticəsində: “İsrail və Livan müharibə istəmədiklərini bildiriblər”, - ifadəsini işlədib.
Bəyanatda həmçinin əlavə edilib: "Son 24 saatdakı hərəkətlər təhlükəlidir və ciddi gərginlik riski yaradır. Biz bütün tərəfləri Mavi Xətt üzrə bütün fəaliyətlərini dayandırmağa çağırırıq".
Məğrur
Sitat.info