Hollandiyada bankların müsəlmanlara qarşı ayrı-seçkilik etdiyi iddia olunur

12:38 7 Aprel 2023

Hollandiyanın Ayrı-seçkilik və İrqçiliyə Qarşı Milli Koordinatoru (NCDR) Rabin Baldewsingh bildirib ki, müsəlmanlar ölkədəki banklar və maliyyə institutları tərəfindən "struktur olaraq ayrı-seçkiliyə məruz qalırlar".

Sitat.info xəbər verir ki, Hollandiya Daxili İşlər Nazirliyinə bağlı olan NCDR-nin koordinatoru Baldewsingh, Trouw qəzetinə verdiyi müsahibədə, xüsusilə Ramazan ayında ayrı-seçkiliyə məruz qalan müsəlmanlardan əlavə siqnallar aldığını söyləyib.

Baldewsingh müsəlmanların banklar və maliyyə qurumları tərəfindən struktur olaraq ayrıseçkiliyə məruz qaldığını və bu vəziyyətin araşdırılması lazım olduğunu bildirib.

Müsəlmanların maliyyə qurumlarında nə qədər ayrı-seçkiliyə məruz qaldıqlarını bilmədiyini deyən Baldewsingh, məhz bu səbəbdən bunun araşdırılmasının vacib olduğunu vurğulayıb.

Ramazan ayında məscidlərdə və iftarlarda zəkat, fitrə və sədəqə kimi ianələrin edildiyinə diqqət çəkən Baldewsingh, ianə verənlərin maliyyə qurumları tərəfindən “çirkli pulların yuyulması” və “terror şübhəlisi” olaraq görüldüyünü bildirib.

Yaşanan ayrı-seçkiliyin qalıcı bir problemə çevrildiyinə və bununla bağlı çoxlu siqnallar aldığına diqqət çəkən Baldewsingh, hökumətin bu problemi həll etməsi lazım olduğunu ifadə etdi.

Məğrur

Sitat.info



Xəbər xətti