Putin Paşinyanla danışdı

13:54 7 Aprel 2023

Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icra vəziyyətini, o cümlədən regionda nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması məsələlərini müzakirə ediblər.



Xəbər xətti