İsraildən silah daşımaq üçün lisenziyası olanlara çağırış

23:06 7 Aprel 2023

İsrail polis rəisi Kobi Şabtai polisin ayıq-sayıq olması lazım olduğunu bildirib və lisenziyalı silahları olan bütün israilliləri silah gəzdirməyə çağırıb.

Sitat.info xəbər verir ki, İsrail polis rəisi Kobi Şabtai yazılı açıqlamasında təhlükəsizlik bölmələrinin işinə toxunub.

Şabtai, açıqlamasında: "Bütün bölgələrdə polis və təhlükəsizlik qüvvələrinin işinə əlavə olaraq, lisenziyalı silahı olan və qanuni çərçivədə istifadə etməyi bilən hər kəsi silah gəzdirməyə çağırıram", - deyə bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti