İşğal altında olan Şərqi Qüdsdəki Məscidül-Əqsada təxminən 130 min nəfərlə Ramazan ayının üçüncü cümə namazı qılınıb.
Sitat.info xəbər verir ki, İsrail polisinin 4 apreldə qılınan təravih namazından sonra işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərdə Məscidül-Əqsaya basqın etməsi və Qiblə Məscidinə sığınan fələstinliləri döyməsi və Qəzzaya hava zərbələri endirməsi ilə bölgədə gərginlik artıb.
İsrailin hücumlarından sonra fələstinlilər Ramazan ayının üçüncü cümə günü Məscidül-Əqsaya axışıb. Qüds İslam Vəqfləri İdarəsindən verilən açıqlamada İsrailin sərt tədbirləri altında təxminən 130 min insanın cümə namazı qıldığı bildirilib.
İsrail polisinin Qüdsdə bəzi yolları dəmir baryerlərlə bağladığı, bəzi fələstinlilərin Qüdsə girməsinin qarşısı alındığı bildirilib.
Seymur Bənnayev
Sitat.info