Turab Teymurov: "Formula 1"in Azərbaycan üçün iqtisadi və sosial faydaları çoxdur"

12:33 8 Aprel 2023

"Ümidvarıq ki, Azərbaycan Qran Prisi keçirilməyə davam edəcək. Çünki "Formula 1"in iqtisadi və sosial faydaları çoxdur".

Sitat.info xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O bildirib ki, Bakıdakı yarışın müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir: "Bu barədə yekun məlumatlar olan kimi ictimaiyyətlə bölüşüləcək".

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək. "Formula 1"lə hazırkı anlaşmanın müddəti bu il başa çatacaq.



Xəbər xətti