"Neftçi"nin iki legioneri "Sumqayıt"la oyunu buraxacaq

14:03 8 Aprel 2023

"Neftçi"nin iki futbolçusu "Sumqayıt"a qarşı keçiriləcək Azərbaycan Premyer Liqasının XXIX tur oyununu buraxacaq.

Sitat.info-nun məlumatına görə, bu barədə "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlama verib.

O bildirib ki, zədədən sonra fərdi məşq edən Ataa Caber və Vato Arveladze bugünkü qarşılaşmanı buraxacaqlar: "Komanda ilə ümumi hazırlığa qoşulan Eddi İsrafilovun isə vəziyyəti yaxşıdır. Caber də kollektiv məşqlərə başlamışdı. Sonradan dördbaşlı əzələdə ağrı hiss etdiyi üçün fərdi məşqlərlə kifayətlənir. Arveladzenin isə yüngül zədəsi var. Düşünürəm ki, qısa müddətdə komandaya qoşulacaq".

Qeyd edək ki, "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.



Xəbər xətti