Azərbaycan klubu "Mançester Siti"nin sabiq futbolçusunu transfer edib

15:40 8 Aprel 2023

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sitat.info xəbər verir ki, klubdan verilən məlumata görə, Qərb təmsilçisi qanalı yarımmüdafiəçi Divayn Naanı transfer edib.

27 yaşlı oyunçu ilə 3 ay + 1 il müddətinə rəsmi müqavilə imzalanıb. O, yeni komandasında 24 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Divayn Naa daha əvvəl İngiltərənin "Mançester Siti", Norveçin "Strömqodset", Niderlandın "Breda", Danimarkanın "Norşellan", Osveçin "Örebro" (İsveç), Belçikanın "Tubiz", İsrailin "Hapoel" (Raanana) və Maltanın "Mosta" komandalarının formasını geyinib. Onun son klubu Litva "Jalgiris"i olub.



Xəbər xətti