"Turan Tovuz"un yeni transferi: "Bu forma ilə meydana çıxmaq üçün səbrsizlənirəm"

15:28 8 Aprel 2023

"Bu forma ilə meydana çıxmaq üçün səbrsizlənirəm".

Sitat.info-nun məlumatına görə, bunu "Turan Tovuz"un yeni transferi Divayn Naa klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Qanalı yarımmüdafiəçi yüksək səviyyəli qarşılanmaya görə hər kəsə təşəkkürünü bildirib: "Qısa müddət ərzində özümü bu mehriban kollektivin bir parçası kimi hiss etdim. Karyeramda yüksəliş olmasını istəyirəm. Bunun üçün də mütləq meydana çıxmalıyam".

27 yaşlı oyunçu "Turan Tovuz"a faydalı olacağına inanır: "Formamı tam bərpa etmək, komandama kömək etmək üçün səylə çalışıram. Azərbaycan haqqında kifayət qədər məlumatım var idi. Burada çıxış etmiş bir çox dostum var. Gəlməmişdən öncə onlarla da söhbət emişdim".

Qeyd edək ki, Divayn Naa Tovuz təmsilçisi ilə 3 ay + 1 il müddətinə müqavilə imzalayıb.



Xəbər xətti