Premyer Liqa klublarının iştirakı ilə ABŞ-da turnir keçiriləcək

18:33 10 Aprel 2023

Bu ilin yayında İngiltərə Premyer Liqasının 6 klubunun iştirakı ilə ABŞ-da turnir keçiriləcək.

Sitat.info xəbər verir ki, iyulun sonlarında başlaması gözlənilən yarışın bir neçə şəhərdə oynanılması planlaşdırılır.

Artıq “Çelsi”, “Nyukasl”, “Aston Villa”, “Brentford” və “Brayton” klubları mövsümöncəsi turnirdə iştiraklarını təsdiqləyiblər. Altıncı komanda “Lids” ola bilər. Ancaq bu, komandanın Premyer Liqadakı yerini qoruyacağı halda baş verəcək.

Qeyd edək ki, “Lids” 30 turdan sonra 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşır.



Xəbər xətti