İngiltərə klubunun yeni baş məşqçisi açıqlanıb

10:25 11 Aprel 2023

İngiltərənin "Lester" klubunun yeni baş məşqçisi bəlli olub.

Sitat.info Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda Din Smitə tapşırılıb.

52 yaşlı mütəxəssisin müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub. "Çelsi"nin sabiq futbolçusu Con Terri məşqçilər korpusunda yer alacaq.

"Lester" 30 turdan sonra 25 xalla 19-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Din Smit daha əvvəl "Norviç", "Aston Villa" və "Brentford" kimi klublarda işləyib.



Xəbər xətti