Almaniya "Bavariya"sının futbolçusu Sadio Mane cəzalandırılıb.
Sitat.info klubun rəsmi saytına istinadən xəbər verir ki, buna 31 yaşlı hücumçunun İngiltərədə "Mançester Siti"yə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunundan sonra komanda yoldaşı Leroy Saneni vurması səbəb olub.
Heyətdən kənarlaşdırılan 31 yaşlı forvard həftəsonu evdə "Hoffenhaym"a qarşı keçiriləcək Bundesliqa matçını buraxacaq. Afrikalı oyunçunu həm də pul cəriməsi gözləyir.
Qeyd edək ki, "Mançester Siti" - "Bavariya" qarşılaşması Münhen təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə bitib.