Qətər: Əsəd rejimi ilə normallaşma sadəcə spekulyasiyadır

10:33 14 Aprel 2023

Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani Suriyada Bəşər Əsəd rejimi ilə münasibətlərin normallaşması ilə bağlı deyilənlərin sadəcə fərziyyə olduğunu bildirib.

Sitat.info xəbər verir ki, baş nazir Əl Sani Səudiyyə Ərəbistanının Ciddə şəhərində Suriya məsələsini müzakirə etmək üçün Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzvləri və bəzi ərəb ölkələrinin toplantısından əvvəl Qətər televiziya kanalına açıqlama verib.

Qətərin Əsəd rejimi ilə bağlı mövqeyinin açıq olduğunu vurğulayan Əl Sani: "Əsədlə normallaşma ilə bağlı deyilənlərin hamısı spekulyasiyadır və masada heç bir şey yoxdur", - deyə açıqlamasına bildirib.

Əl Sani Suriyada real siyasi həll olmadan Qətərin normallaşma münasibətində heç bir dəyişiklik olmayacağını və bu mövzuda heç bir addım atmayacağını ifadə edərək deyib: “Suriyanın Ərəb Liqasına üzvlüyünü dayandırması üçün əsaslar hələ də qüvvədədir”.

Qeyd edək ki, Ərəb Liqası Suriyadakı vətəndaş müharibəsi səbəbindən 12 noyabr 2011-ci ildə Əsəd rejiminin Birliyə üzvlüyünü dayandırıb.

 



Xəbər xətti