“Buna düzgün baxmıram” - Rafiq Hüseynov

13:12 14 Aprel 2023

 

Yunan-Roma güləşçisi Rafiq Hüseynov jurnalistlərə açıqlama verib.

Sitat.info-nun məlumatına görə, o, Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatından danışıb: 

“Ötən il komanda hesabında çempion olmuşduq. Bu il də uğurumuzu təkrarlamaq istəyirik. Komandamız titullu komandadır. Bu baxımdan uğurlu çıxış etməyə borcluyuq”. 

Rafiq Hüseynov güləşçilərin bu il Polşada təşkil olunacaq 3-cü Avropa Oyunlarına qatılmamalarına aydınlıq gətirib: “Avropa Oyunları olan ildə Avropa çempionatının keçirilməməsinə düzgün baxmıram. Çünki fərqli yarışlardır. Məsələn, Asiya Oyunları olan ildə Asiya çempionatı keçirilib. Təəssüf ki, bu il Avropa Oyunlarında iştirak etməyəcəyik. Amma belə mötəbər turnirdə mübarizə aparmağı, komanda şəklində sözümüzü deməyi istərdim. Hər bir idmançı daha çox yarışda iştirak etməyi arzulayır. Ancaq qərar belə olub, bizdən asılı olan şey deyil”.

 



Xəbər xətti