Seçmə mərhələyə start verilir

11:21 15 Aprel 2023

Çempionatlar başa çatdı, çempionlar müəyyənləşdi. Klub futbolu yerini milli oyunlarına verdi.

Sitat.info xəbər verir ki, "Avro 2026" üçün seçmə mərhələrə oyunlarına iyunun 16-dan start veriləcək.

Təbii ki, yenə gözümüz millimizin oyunlarına yönələcək. Millətlər liqasında ardıcıl 3 qalibiyyət alan seçməmiz, seçmə mərhələ üçün ümid işarıları yaratsa da, müvafiq olaraq Avstriya və İsveç səfərlərində ağır məğlubiyyətlər aldı.

Qrupda Avstriya, İsveç, Belçika kimi güclü millilərin yer alması şübhəsiz ki, milli yığmamız üçün arzuolunmaz rəqiblərdir. Amma bu bəhanəni uzun illərdir əldə bayraq etmək yerinə, daha perspektivli yollar axtarmaq daha yaxşı çıxış yolu vəd edərdi. Millətlər liqasında belə şans əldə etsə də, qrupu birinci kimi başa vura bilmədi. Kosova və Lüksemburq kimi cırtdan ölkələrə məğlubiyyət, millini özünə gətirə bilmədi.

İyunun 17-si Estoniyanı qəbul edəcək millimiz, heç olmasa bu görüşdən xal və xallar qoparmağa çalışacaq. Əks təqdirdə qrupu sonuncu pillədə başa vurmaq ehtimalı yüksələcək.

Üzeyir Xəlilov



Xəbər xətti