"Qarabağ" mərhələni dayandırdı

15:12 24 Fevral 2023

Azərbaycanı Avropada təmsil edən "Qarabag" dünən Uefa Konfrans liqasının "pley-off" mərhələsində cavab oyununa çıxıb.

Ağdam klubu ilk görüşdə Bakıda Leandro Andradenin qolu ilə (1-0) üstələdiyi Belçikanın "Gent" klubu ilə bu dəfə rəqib meydanında qarşılaşıb.

İlk hissəsi qolsuz başa çatan oyunun yalnız 74-cü dəqiqəsində hesab açılıb. Meydan sahiblərinin Nigeriyalı hücumçusu Gift Orban fərqlənib və ümumi hesab bərabərləşib. Oyunda başqa qol olmadığı üçün əlavə vaxt təyin olmayıb. Burda da kollektivlər tablodaki rəqəmləri dəyişə bilmədiyi üçün oyun sonrası penaltilərə müraciət olunub. Daha dəqiq olan belçikalılar növbəti mərhələyə adlamağı bacarıblar. Bununla da "Qarabağ"ın Avropa macərası sona çatıb.

Üzeyir Xəlilov 



Xəbər xətti